VAKANSİYA

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
30 AVQUST
3346

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

2017-08-30 21:00:00

“ABB” ASC  Korporativ Biznes Departamentinin Kreditin Təhlili Şöbəsinə Maliyyə təhlili üzrə təcrübə proqramı üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

 Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
 Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
 Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
 Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.


Vakant vəzifə üzrə tələblər:

 Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
 CFA Səviyyəsi üzrə müəyyən bilgilərə sahib olmaq;
 Maliyyə hesabatların təhlili, Şirkətin qiymətləndirilməsi bacarıqları; 
 Analitik və strateji baxış bacarıqları;
 Yüksək şəxsi keyfiyyətlər;
 Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
 Excel, PowerPoint, Word proqramlarındə sərbəst istifadə qabiliyyəti.

Şəxsi keyfiyyətlər:

 Problemləri həll etmə bacarığı;
 Təqdimat bacarığı;
 Analatiki bacarıqlar;
 Vaxtın idarəedilməsi;
 Ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

• Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
• Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 sentyabr  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Təcrübəçi - Maliyyə Təhlili)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285