VAKANSİYA

“AzerGold” işçi axtarır – VAKANSİYA
04 AVQUST
3190

“AzerGold” işçi axtarır – VAKANSİYA

2017-08-04 21:00:00

AzerGold” Çovdar Filiz Emalı Sahəsinə ehtiyatlar üzrə geoloq vəzifəsinə işçi qəbulu elan edib. Fins.az-ın məlumatına görə, geologiya, dağ-mədən yönümlü ixtisaslar üzrə ali təhsilli, məxsusi geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsində (sınaqlaşdırma və dağ qazmalarında iş bacarığı) və mədən işlərində ən azı 5 il iş təcrübəsi olan, GemCom, Surpac, Autocad, ArcMap, Mapİnfo və Microsoft Office kompyuter biliklərinin yüksək səviyyədə olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı sonra müraciət tarixi sentyabr ayının 3-dür.

İş yeri: Daşkəsən

Əsas vəzifə və öhdəliklər:

• Məxsusi geoloji kəşfiyyat işlərinin, geofiziki işlərin həyata keçirilməsi zamanı, həmçinin mədən, partlayış, daşınma işlərində peşəkar səviyyədə iştirak etmək;
• Bloklar və poliqonlar üzrə ehtiyatların 4 variantda (manual, statistik, Gemcom və Surpac proqramlarında) hesablanması və filiz poliqonlarının yaradılması;
• Bloklar üzrə ehtiyatların yenilənməsi və hesablanması zamani istifadə olunan Geostatistics və Basıc statisitics modullarını mükəmməl şəkildə başa düşməsi və analiz edilməsi;
• Filiz poliqonların tərtibatında iştirak edən interpolyasiya modullarının (anizotropiya, axtarış elipsləri, kriging və inverse distance) tədbiqi;
• Horizontal və Vertikal kəsilişlərin tərtibatı;
• Ehtiyatların hesablanması ilə bağlı olan aşağıdakı Beynəlxalq standartlarla tanış olması və ən azı 1 standartla işləmək bacarığı:
1. JORC CODE - Joint Ore Reserve Committee (Australasia)
2. SAMREC CODE - South African Mineral Committee (South Africa)
3. REPORTING CODE - (UK / Western Europe)
4. CIM GUIDELINES (NI43-101) - Canadian Institute of Mining, Metallurgy and Petroleum (Canada)
5. SME GUIDE - Society for Mining, Metallurgy and Exploration (USA)
6. CERTIFICATION CODE - (Chile)

• NI 43-101 hesabatının tərtibatında iştirak;
• Gündəlik, həftəlik və aylıq hesabatların rəhbərinə təqdim olunması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Çöl şəraitində işləmə qabiliyyəti;
• GemCom, Surpac, Autocad, ArcMap, Mapİnfo və Microsoft Office kompyuter biliklərinin yüksək səviyyədə olması;
• Sorğulara və sifarişlərə əsasən, həmçinin müqavilələrlə işləmə qabiliyyəti;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və yüksək riyazi biliklər, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Geologiya, Dağ-mədən yönümlü ixtisaslar üzrə ali təhsil (magistr pilləsi arzuolunandır);
• Məxsusi geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsində (sınaqlaşdırma və dağ qazmalarında iş bacarığı) və mədən işlərində ən azı 5 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Ehtiyatlar üzrə geoloq" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297