VAKANSİYA

"Xalq Bank" işçi axtarır – VAKANSİYA
16 İYUL
4051

"Xalq Bank" işçi axtarır – VAKANSİYA

2017-07-16 22:00:00

"Xalq Bank" bankın Hesablaşmalar İdarəsinin Plastik kartlarla iş şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edib. Fins.az xəbər verir ki, iqtisadi təhsili və stressə davamlı namizədlərə üstünlük veriləcək. 

Namizədə dair tələblər:

• İqtisadiyyat , maliyyə və bank işi sahəsində ali magistr təhsili ( yüksək reytinqli xarici universitet bitirənlərə üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri ( excell proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək);

İşin təsviri:

• Balans və müxabirləşmələrin aparılması qaydaları üzrə anlayışın olması;
• “MasterCard Connect “ və “VisaOnline” elektron şəbəkəsində gündəlik əməliyyatların icrası, monitorinq və s.
• Kart vasitəsi ilə aparılan əməliyyatlar üzrə klirinq və hesabatların icrası;
• Daxili hesabatların hazırlanması;

İş qrafiki: 09:00 – 18:00/ Bazar ertəsi – Cümə

 Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail :  [email protected]
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285