VAKANSİYA

Palata işçi axtarır – VAKANSİYA
16 İYUL
2090

Palata işçi axtarır – VAKANSİYA

2017-07-16 21:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası insan resursları üzrə aparıcı mütəxəssis axtarır. Fins.az xəbər verir ki, beynəlxalq təlim mərkəzləri ilə əməkdaşlıq imkanları olan namizədlərə üstünlük veriləcək. 

Namizədə dair tələblər:

  • Ali təhsil (iqtisadi, humanitar, idarəetmə);
  • İnsan resurslarının idarə edilməsi (İRİE) sahəsində ixtisaslaşmış biliklər;
  • Maliyyə sektorunda təhsilin təşkili üzrə biliklər;
  • Beynəlxalq təlim mərkəzləri ilə əməkdaşlıq;
  • Treyninq üzrə 3 illik iş təcrübəsi (maliyyə və ya iqtisadi sahə arzu olunandır);
  • Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.

Vəzifə və öhdəliklər: 

  • Maliyyə Bazarlarına Nəzarət Palatasında insan resurslarının təhsili və inkişafına dair normativ sənədlərin  hazırlanmasını, monitorinqini və təkmilləşdirilməsini təmin  edir;
  • Palatada əməkdaşlarının təhsilə olan tələbatlarının müəyyənləşdilməsi işini  həyata keçirir;
  • Əməkdaşların müəyyənləşdirilmiş tələbatlarına müvafiq olaraq, tədris formalarının seçilməsi, mənbələrin müəyyənləşdirilməsi və  təhsil prosesinin təşkilini  həyata keçirir;
  • Palatada əməkdaşlarının tədrisinə nəzarəti və onun qiymətləndirilməsini təşkil edir;
  • Tədrisin  effektivliyinin müxtəlif  formalarla  analizini aparır və nəticələr barəsində hesabat verir, bu istiqamətdə təkliflər hazırlayır;
  • Palatada yeni işə qəbul edilən işçilərin  adaptasiyası prosesini  təşkil edir;
  • Palatada tədrisin prosesinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə digər inkişaf etmiş ölkələrin  bu sahədə qabaqcıl təcrübəsini öyrənir;

Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289