VAKANSİYA

“Bank VTB (Azərbaycan)” işçi axtarır – VAKANSİYA
10 İYUL
3024

“Bank VTB (Azərbaycan)” işçi axtarır – VAKANSİYA

2017-07-10 22:00:00
Bank VTB (Azərbaycan) Təhlil, Metodologiya və Pərakəndə Məhsullarının İnkişafı Şöbəsinə aparıcı mütəxəssis axtarır. Fins.az-ın verdiyi xəbərə görə, müsabiqədə bu tələblərə cavab verən namizədlər iştirak edə bilər:
Tələblər:
  1. İqtisadiyyat və maliiyə sektorunda ali təhsil;
  2. Risk-menecment və yaxud bank sektorunda kredit analizi sahəsində ən azı 1 il iş təcrübəsi;
  3. Analitik bacarıqlar, böyük məlumatlar bazası ilə işləmək bacarığı;
  4. Azərbaycanın Mərkəzi Bankının normativ aktlarının biliyi;
  5. Risk-menecment, bank kreditləşməsi, kredit və portfel analizi keçirmək üzrə biliklər;
  6. Azərbaycan və rus dillərinin mükəmməl biliyi (ingilis dili biliyi üstünlük hesab olunur), bu iki dildə iş yazışması aparmaq qabilliyəti;
  7. MS Office –Excel-ın yüksək dərəcədə biliyi, SQL bacarıqları;
  8. Məsuliyyət, operativlik, kommunikabellik və komandada işləmək bacarıqları.
Vəzifələr:
  1. Bankın kredit portfelinin konsolidə edilmiş analizi;
  2. Dominant faktorların risklərini müəyyən etmək, nəticələrin formalaşması və risklərin minumuma endirmək üçün təkliflər etmək;
  3. Risk-menecmenti üzrə modellərin inkişafı və təkmilləşdirilməsi;
  4. Normativ və indikatorları müəyyən etmək üçün statistik təhlil;
  5. Göstəricilərin və indikatorların normativlərdən kənaraçıxmalarının səbəblərini müəyyən etmək və mövcud sistemin ya modelin təkmilləşdirilməsi üzrə təkliflər;
  6. Göstəricilərin hesabat şəklində proqnozlaşdırılması.
İş şəraiti:
  1. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən qeydiyyat;
  2. Şəhərin mərkəzində rahat və komfortlu ofis.
Əmək haqqı müsahibə nəticəsi müəyyən ediləcək. Namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285