VAKANSİYA

“DəmirBank” işçilər axtarır – VAKANSİYA
09 İYUN
3035

“DəmirBank” işçilər axtarır – VAKANSİYA

2017-06-09 22:00:00

DəmirBank” Bakı (2 vakant yer), İmişli (1 vakant yer), Lənkəran (3 vakant yer), Ağsu (1 vakant yer) filialları üzrə Problemli kreditlər üzrə mütəxəssis (qısa müddətli təcrübə keçməklə) qəbulu elan edir. Fins.az-ın məlumatına görə, Problemli kredit sahəsində və digər oxşar sahələrdə ən azı 1 il iş təcrübəsinə, sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanına sahib olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

İşin təsviri:

• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslər ilə telefon və birbaşa əlaqələr yaradıb danışıqlar aparmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlarda, iş yerlərində qeyd olunan şəxslərlə görüşlərin təşkili, onlara borca dair bildirişlərin və xəbərdarlıq məktublarının çatdırılmasını təmin etmək;
• Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirmək;
• Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işini aparmaq;
• Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət etmək;
• Borcların bərpasına dair hesabatları hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali təhsili olanlara üstünlük verilir;
• Xüsusi tələblər: stressə davamlı olmaq, inandırmaq qabiliyyətinə malik olmaq, insan psixologiyasına bələd olmaq, detallara qarşı diqqətli olmaq, analitik düşüncə tərzinə sahib olmaq, müxtəlif tipli insanlarla rahat  ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığına malik olmaq;
• Problemli kredit sahəsində və digər oxşar sahələrdə ən azı 1 il iş təcrübəsinə sahib olmaq;
• Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanına sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 iyun 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Problemli kreditlər üzrə təcrübəçi - mütəxəssis  (müvafiq filialı qeyd etməklə) vəzifəsinə göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285