VAKANSİYA

“Unibank” işçi axtarır – VAKANSİYA
20 APREL 2017
2409

“Unibank” işçi axtarır – VAKANSİYA

2017-04-20 22:00:00

UniBank insan resurslarının idarə edilməsi departamentində təcrübəçi işçi dəvət edir. Fins.az-ın məlumatına görə, 20-24 yaşlarında ali təhsilli xanım namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 1-dir.

Yerləşmə: Bakı

Sektor: İnsan Resursları /Bank

Vəzifə : İnsan Resurslarının idarə edilməsi Departamentində Təcrübəçi

Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

• Əmək kitabçalarının yazılması və qeydiyyatının aparılması;
• Təcrübəyə qəbul prosesinin həyata keçirilməsi;
• İş yerindən arayış, əmək haqqı hesabından çıxarış, Xasiyyətnamə  və s. sənədlərin hazırlanıb rəhbərliyə imzaladılması və təhvil verilməsi;
• Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Namizədin Profili

• Ali təhsil;
• Yaş həddi 20 – 24;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq bacarığı; 
• MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
• İR sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir;
• Ünsiyyətcil, səmimi, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Xanım namizədlər;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (İR Təcrübəçi) göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259