VAKANSİYA

“Avromed Company” işçi axtarır – VAKANSİYA
20 APREL 2017
7667

“Avromed Company” işçi axtarır – VAKANSİYA

2017-04-20 21:00:00
“Avromed Company”  Hesabatlıq və büdcə şöbəsinin Mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir. Fins.az-ın məlumatına görə, maliyyə və iqtisadiyyat üzrə bakalavr təhsilli, maliyyə sahəsində azı 2-3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 1-dir.
Tələblər:
- Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və məlumatların mütamadiliyinə nəzarət edir;
- Təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və rəhbərliyi potensial yarana biləcək problemli sahələr barədə məlumatlandır;
- Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesinə nəzarət edir;
- Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflər edir;
- Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir;
- Hər ay hesabat dövrünün sonunda cari nəticələri büdcə nəticələri ilə müqayisə edir və mühüm yayınmalar barədə rəhbərliyi məlumatlandırır;
- Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasını təmin edir;
- Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün səy göstərir;
- Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarının axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət edir;
- Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəlini nəzarətdə saxlayır;
- Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
- Əməliyyat və maliyyə nəticələrini araşdırır və təkmilləşdirməyə dair tövsiyələrini verir;
- Gəlir və xərclərin təhlilini aparır;
- Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar verir;
- Elektron cədvəllərdən  istifadə etməklə maliyyə modellərini tərtib edir;
- Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır və nəticələri yuxarı rəhbərliyə bildirir.
Maraqlananlar CV-lərini [email protected]” elektron poçt ünvanına  göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində Hesabatlıq və büdcə şöbəsinin mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259