VAKANSİYA

“InvestAZ” işçi axtarır – VAKANSİYA
11 YANVAR
2101

“InvestAZ” işçi axtarır – VAKANSİYA

2017-01-11 21:00:00

“InvestAZ” maliyyə bazarları (FOREX) üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, müvafiq sahədə 3-5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi fevral ayının 6-dır.

Namizədə dair tələblər:

- Təhsil : Ali (mütləq)
- İş stajı : müvafiq sahədə ən azı 3-5 il
- Dil biliyi : Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini bilənlərə üstünlük verilir
- Kompüter biliyi: MS Office (yüksək səviyyədə)
- Yüksək analitika qabiliyyəti
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqları
- FOREX sahəsi haqqında bilikləri olanlara üstünlük verilir
- Maliyyə xidmətləri sahəsində satışın psixologiyası və prinsiplərin yaxşı bilmək
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq
- İş saatları: 09:00-19:00
- İstirahət günləri: Bazar
- Nahar şirkət tərəfindən verilir 

Əsas vəzifələr:

- Şirkətin məhsul və xidmətlərinin təklifi və satışının aparılması;
- Potensial müştərilərin cəlb edilməsi;
- Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
- Müştərilərdən daxil olan müraciət və problemlərə operativ baxılması;
- Satışın statistikasının təhlili

Qeyd: Kişi namizədlərə üstünlük verilir.

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300