VAKANSİYA

“Xalq Bank” işçi axtarır – VAKANSİYA
06 YANVAR
3424

“Xalq Bank” işçi axtarır – VAKANSİYA

2017-01-06 22:00:00

“Xalq Bank”  müştəri xidməti şöbəsinin stajçı kassiri / kassir (Göyçay filialı) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, maliyyə, iqtisadiyyat, menecment və hüquq sahəsində ali magistr təhsilli namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  yanvar ayının 30-dur.

Əməkhaqqı: 380 AZN-dən 700 AZN-dək

Qeyd: Bank təcrübəsi olmayan namizədlər əməkhaqqı 380 AZN ödənilməklə stajçi kassir götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Göyçay

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

- Riyazi hesablama aparmaq qabiliyyəti;

- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;

- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

- Yüksək qavrama və öyrənmə qabiliyyəti;

- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

- Kompüter bilikləri.

İŞİN TƏSVİRİ:

- Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;

- Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;

- Nağd vəsaitlərin çeşidlənməsi;

- Bankomatların yenilənməsi və boşaldılması.

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri :

E - mail:            [email protected]

Telefon:           (012) 404 43 39

Faks:               (012) 404 43 34 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0080
  • ₽ RUB
    0.0297