VAKANSİYA

VEYSƏLOĞLU ŞİRKƏTLƏR QRUPU işçi axtarır -VAKANSİYA
02 YANVAR
12833

VEYSƏLOĞLU ŞİRKƏTLƏR QRUPU işçi axtarır -VAKANSİYA

2017-01-02 22:00:00

VEYSƏLOĞLU ŞİRKƏTLƏR QRUPU  xərclər üzrə nəzarətçi (Cost Controller - İnşaat) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, müvafiq sahədə ali təhsilli, 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi yanvar ayının 22-dir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

• Tikinti xərclərinə nəzarət ilə əlaqəli bütün kooperativ siyasət və prosedurlarla bağlı çalışma qaydalarını bilməli;
• Tikinti layihələrinin büdcələrinə və xərclərinə nəzarəti bilməli;
• Aylıq hesabatları və tikinti xərclərinin hesabatlarını tərtib etməyi bacarmalı;
• Tikinti hesab kodlarının işlənilməsini bilməli; 
• Tikinti fəaliyyətlərinin xərclərinin və trendlərin analizini, iqtisadi təhlil metodlarını bilməli;
• Hesablama texnikasının istismarı qaydalarını bilməli;
• MS Office proqramlarını (xüsusilə MS Excel, MS Project) yaxşı səviyyədə bilməli;
• Güclü analitik qabiliyyətə sahib olmalı;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalı;
• Ünsiyyətcil olmalı, problem həll etmə bacarığına sahib olmalı;
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük veriləcəkdir.

TƏCRÜBƏ:

Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (onshore / tikinti) olmalıdır.

TƏHSİL:

Müvafiq sahə üzrə minimum bakalavr təhsili olmalıdır.

Müraciət edənlərdən [email protected] ünvanına mövzu yerində "Xərclər üzrə nəzarətçi (Cost Controller - İnşaat)" yazmaq şərti ilə CV göndərmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285