VAKANSİYA

“PAŞA Həyat Sığorta” işçi axtarır – VAKANSİYA
26 NOYABR
4618

“PAŞA Həyat Sığorta” işçi axtarır – VAKANSİYA

2016-11-26 22:00:00

“PAŞA Həyat Sığorta” layihələrin idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli(iqtisadiyyat, maliyyə, mühəndislik və texniki sahə üzrə ixtisaslara üstünlük verilir), sahə üzrə iş təcrübəsi 1 ildən az olmayan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 25-dir.

Namizədə dair tələblər

- İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi 1 ildən az olmayan şəxslərə üstünlük verilir 
- Təhsil: Ali (iqtisadiyyat, maliyyə, mühəndislik və texniki sahə üzrə ixtisaslara üstünlük verilir) 
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərində sənədlərlə işləmək bacarığı olmalıdır 
- Kompüter bilikləri: MS Office (MS Project və MS Visio daxil olmaqla) 
Fərdi keyfiyyət tələbləri: 
- Məsuliyyətli, dürüst və dəqiq olmaq, planlaşdırma və proqnoz vermə bacarığı, işgüzar münasibətlərdə düzgün təəssürat yaratmaq bacarığı, təhlillər aparmaq və perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirmək bacarığı.

İş barədə məlumat

- Şirkət üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanılması 
- Layihələr üzrə məlumatların təhlili 
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi 
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi 
- Layihə üzrə zəruri sənədləşdirmə işlərinin aparılmas

Qeyd: CV-lər “PMO” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272