VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA
13 NOYABR
2459

“FINCA Azerbaijan” işçi axtarır – VAKANSİYA

2016-11-13 20:00:00

“FINCA Azerbaijan” informasiya texnologiyalari departamenti üçün informasiya texnologiyalari üzrə infrastruktur administratoru vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, informatika və ya mühəndislik sahəsində ali təhsilli, müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Əsas vəzifə və öhdəlikləri:
 
• Bütün təşkilat üzrə serverlər, işçilərin desktopu/laptopu, şəbəkə infrastrukturu, səs avadanlıqları infrasturkturu, daxili şəbəkələr, əlavə avadanlıqlar, və elektrik naqilləri sistemi daxil olmaqla, elektron avadanlıqlar və proqram təminatı üzrə vəzifələri icra etmək;
• Xüsusi IT layihələri üçün biznesin və texniki tələblərin inkişaf etdirilməsinə rəhbərlik etmək;
• Funksional bölmələrdən təmin edilən məlumatlar əsasında “FINCA Azerbaijan” daxilində icra edilən bütün IT layihələrinin icrasının monitorinqini yerinə yetirmək;
• İnfrastruktur heyətini, nasazlıqların aradan qaldırılması işini və xidmətin keyfiyyətinin təmin edilməsini təmin etmək;
• İnfrastruktur, proqramlar məsələləri ilə bağlı yaranmış nasazlıqları aradan qaldırmaq, IT infrastrukturuna dair təhlillər yerinə yetirmək;
• Proqram təminatına dair lisenziyalaşdırma qanunlarına uyğunluğu təmin etmək.

Namizədə dair tələblər:

• İnformatika və ya Mühəndislik sahəsində Maqistr və ya Bakalavr dərəcəsi; 
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Microsoft və Cisco texnologiyaları sahəsində yüksək bilik;
• MS server məhsullarına dair yüksək bilik;
• Microsoft və ya Cisco bilikləri üzrə sertifikat arzuolunandır;
• Serverlər, yaddaşlar və şəbəkələr daxil olmaqla IT avadanlıqları infrastrukturuna dair yüksək bilik;
• Azərbaycan, İngilis və Rus dillərini həm yazılı, həm də şifahi olaraq səlis bilmək tələb edilir;
• Serverlər, yaddaşlar, səbəkələşmə kimi IT infrastrukturuna dair bilik üstünlük hesab edilir;
• ITIL biliyi üstünklük hesab edilir;

Namizədlər öz tərcümeyi-hallarını (CV) recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№093/16) qeyd etməklə göndərə bilərlər.

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. 
Tel: (012) 596 33 858687;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272