VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
29 OKTYABR
8924

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2016-10-29 22:00:00

“DəmirBank”  Gəncə və Sabirabad filialları üzrə satış məsləhətçisi (əməliyyatçı-xəzinədar) vəzifəsinə işə qəbul elan edir. Fins.az-ın məlumatına görə, ali təhsilli, yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.  

 Vəzifə öhdəlikləri:

• Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
• Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
• Kreditlər üzrə borcların, müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nəğd qəbulu və balans proqramında yığımının həyata keçirilməsi;
• Cari, əmanət (depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
• Əmanət kitabçasında yazılışları aparmaq;
• Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
• Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
• Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
• Müştərilərə çarpaz satışların təqdim etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  hr@demirbank.az elektron ünvanına göndərə bilərlər. Müraciət məktubunuzun mövzu hissəsində müvafiq filialın və vəzifənin adını (məsələn,Gəncə filialı üzrə satış məsləhətçisi”) göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272