VAKANSİYA

“Kapital Bank” işçi axtarır – VAKANSİYA
28 OKTYABR
3994

“Kapital Bank” işçi axtarır – VAKANSİYA

2016-10-28 21:00:00

“Kapital Bank” kredit risklərinin idarə edilməsi şöbəsində aparıcı və baş mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, bank sahəsində minimum 3 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 27-dir.

Öhdəliklər

- Retail kredit şərtləri və scorinq sənədlərinə rəy bildirilməsi;

- Analitik hesabatların hazırlanması və portfelin keyfiyyətinin təhlili;

- Kreditləşmə şərtlərinə əməl edilməsinə nəzarət və fraud yönümlü monitorinqlərin aparılması.

Tələblər

- Ali təhsil;

- Yüksək analitik düşünmə qabiliyyəti;

- Təzyiqə davamlılıq və operativlik;

- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

- Pərakəndə kredit məhsulları, mikrokreditlər və kredit kartları sahəsində iş təcrübəsi;

- Bank sahəsində minimum 3 illik iş təcrübəsi;

- MS Excel proqramını əla səviyyədə bilmək. 

 CV-lər  mövzu bölməsində “Kredit Riskləri – Aparıcı Mütəxəssis” və ya “Kredit Riskləri – Baş Mütəxəssis” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272