VAKANSİYA

“Azersun Holding” işçi axtarır – VAKANSİYA
25 OKTYABR
4540

“Azersun Holding” işçi axtarır – VAKANSİYA

2016-10-25 22:00:00

“Azersun Holding” texniki mühəndis (Sumqayıt) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə texniki universitet məzunu, texniki vəzifələrdə 5 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi noyabr ayının 19-dur.

Tələblər:

• Texniki universitet məzunu 
• Mühəndis texniki vəzifələrdə 5 il iş təcrübəsi 
• İngilis dili, Rus dili texniki səviyyədə bilməli 
• Texnoloji proseslərin aparılması qaydasını bilməli 
• İstehsalatın və istehsal avadanlıqlarının texnoloji xüsusiyyətlərini bilməli 
• İş proseslərini, texnoloji sxemləri oxumağı bacarmalı 
• PLC, avtomatik, elektronik, pnevmatik, hidravlik sistemlərdə ölçü cihazlarının parametrlərini, nəzarət qaydalarını bilməli 
• Texniki təhlükəsizlik qaydalarını bilməli

İşin təsviri:

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir. 
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Əsaslı təmir üçün siyahl tutulmasında iştirak edir. 
• Bütün təmir işlərini avadanlıqların texniki passportunda qeyd edilən normativlərə əsasən həyata keçirir, normativdən kənara çıxmamaq üçün lazım gələrsə, avadanlığa dair internet resusrlarından istifadə edərək, təmir işlərini müasir standartlar əsasında qurur. 
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak edir. 
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir. 
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, dəzgah və qurğulara təmir xidməti göstərən işçilərə istiqamət verir. 
• İş yeri – Sumqayıt şəhəri

Vakansiya ilə maraqlanan və tələblərə cavab verən şəxslər bu link vasitəsilə müraciət edə bilərlər:

https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=172

Müraciət üçün email: cv@azersun.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275