VAKANSİYA

“DəmirBank” işçi axtarır – VAKANSİYA
02 OKTYABR
2409

“DəmirBank” işçi axtarır – VAKANSİYA

2016-10-02 22:00:00
“DəmirBank”  təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinə işəqəbul elan edir.Fins.az-ın məlumatına görə, ali və ya orta-ixtisas təhsilli, Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığı olan(Rus dili biliyi olmalıdır) namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 6-dir. 
Vəzifə öhdəlikləri:
• Bankın əsas binasında buraxılış rejminə nəzarət edilməsi, hər hansı bir nöqsan, təhlükəsizlik qaydalarının pozulması, şübhəli şəxs və əşya gördükdə xidməti tədbir görülməsi və birbaşa rəhbərinə hesabatın verilməsi;
• Müəyyən olunmuş buraxılış rejminə nəzarət edilməsi;
• Qorunan obyektdə giriş-çıxış zamanı işçilərin və ya digər şəxslərin ofisə keçirdiyi əşyalara və ofisdən çıxarılan əşyalara nəzarət edilməsi;
• Kamera vasitəsilə mühafizə rejminə əsasən və mövcud qrafikə uyğun olaraq monitorinqlər aparılması və bu barədə birbaşa rəhbərinə məlumatların təqdim edilməsi.
Namizədə qarşı tələblər:
• Orta ixtisas təhsili (ali təhsili olanlara üstünlük verilir);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləmə və qərarvermə qabiliyyəti olmalı;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Təhlükəsizlik Xidmətinə -Təhlükəsizlik üzrə nəzarətçi” şəklində göstərməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272