VAKANSİYA

“CDB Bank” işçi axtarır – VAKANSİYA
02 OKTYABR
3650

“CDB Bank” işçi axtarır – VAKANSİYA

2016-10-02 21:00:00

“CDB Bank” satış təmsilçisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 25-35 yaşlarında ali təhsilli, Satış və marketinq sahəsində ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

 Namizədə dair tələblər: 

- 25-35 yaş;

- Ali təhsil;

- Dillər : Azərbaycan, Rus dilləri (yüksək səviyyədə), İngilis dili (orta səviyyə);

- Ofis proqramları (Microsoft Office);

- Satış və marketinq sahəsində ən azı 2 il iş təcrübəsi, bank sahəsində satış və marketinq sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;

- Yüksək kommunikasiya bacarıqları;

- Satış etmək, müştəri bazası toplamaq bacarığı;

- Hesabatlılığın aparılması, prezentasiya etmək bacarığı;

- Kreariv, pozitiv, gülərüz. 

Vəzifə təlimatı: 

- İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;

- Yeni müştərilərin axtarışı və cəlb olunması;

- Layihələr üzrə iş;

- Rəqib bazasının öyrənilməsi və bankın satış strategiyasına uyğun müştərilərin cəlb edilməsi;

- İşgüzar tədbirlərdə bankın təqdim edilməsi;

- İşgüzar görüşlərin təşkili və aparılması;

- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.

  CV-lər cv@cdbbank.az ünvanına göndərilməlidir və  son 6 (altı) ay ərzində çəkilmiş fotoşəkl  əlavə edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275