VAKANSİYA

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA
30 SENTYABR
4383

“Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA

2016-09-30 22:00:00
“Ziraat Bank Azərbaycan” büdcə nəzarət və mühasibatliq departamentinə Menecer/ menecer müavini/ baş mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib. Bankdan fins.az-a verilən məlumata görə, 21-30 yaşlarında ali iqtisadi təhsilli, müvafiq sahədə 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 15-dir.
 
Namizədə dair tələblər:

– Ali iqtisadi təhsil;

– Yaşı – 21-30 arası;

– Müvafiq sahədə 2 il iş təcrübəsi;

– Mühasibat uçotunun aparılması haqqında biliklər;

– Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Satınalmalar üzrə biliklər;

– Kompüter bilikləri (xüsusilə Excel);

– Banklar haqqında, Mərkəzi Bank haqqında qanun üzrə biliklər, Mərkəzi Bankın digər normativ və hüquqi sənədləri üzrə məlumat;

– CIMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;

– Rus, İngilis, Türk dil bilikləri müsbət qarşılanır.


Əsas vəzifələr:

– Gündəlik balansın hazırlanması;

– Maliyyə vəziyyəti, gəlir, xərc və digər hesabatların hazırlanması;

– Vergilər Nazirliyinə, DSMF, Mərkəzi Bank və digər idarəetmə orqanlarına müvafiq hesabatların hazırlanması;

– Büdcənin tərtibi və icranın yoxlanılması;

– Mühasibat uçotu üzrə digər gündəlik tapşırıqların yerinə yetirilməsi. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində MALİYYƏ qeyd edilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272