VAKANSİYA

“Bank VTB (Azərbaycan)” işçi axtarır – VAKANSİYA
28 SENTYABR
1493

“Bank VTB (Azərbaycan)” işçi axtarır – VAKANSİYA

2016-09-28 22:00:00

“Bank VTB”  tətbiqi sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Bankdan fins.az-a verilən məlumata görə, ali texniki təhsilli, profil üzrəən azı 1 illik iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 28-dir.

 Namizədə dair tələblər:  

- Ali texniki təhsil;

- profil üzrəən azı 1 illik iş təcrübəsi;

- məlumat bazasının qurulması nəzəriyyəsinin əsasları ilə tanışlıq, HD Oracle inzibatçılığı sahəsində təcrübə;

- SQL. PL/SQLüzrə biliklər, XML ilə işləmək bacarığı;

- Proqramlaşdırmadillərindən istifadədə praktiki təcrübə;

- rus və Azərbaycan dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük veriləcək);

- sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı;

-Nəticəyə istiqamətlənmək, yüksək iş qabiliyyəti, operativlik və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

- internet bankinq sisteminin, həmçinin avtomatlaşdırılmış bank sisteminin (ABS) funksionalına dəstək;

- ABS-in müxtəlif funksiyalarına daxil olmaların, həmçinin ABS-in fəaliyyət göstərməsi və onun digər proqram kompleksləri ilə inteqrasiyası sahəsində məlumatlara giriş, saxlanılması, emalı və verilməsinin proqram vasitələrinin inzibatçılığı;

- ABS-in cari funksionalında tələb olunan tamamlamaların icra olunması;

- ödəniş sistemlərinin tətbiqi və inzibatçılığı, PT-in tətbiqi və daimi istismarı prosesində ödəniş sistemlərinihazırlayanlarla proqram-texniki əlaqə, Bankda ödəniş sistemlərinin növbəti yenilənmələrinin həyata keçirilməsi;

- PT-ın sınaqdan keçirilməsi və istifadəçilərin təlimi.

Tələblərə uyğun namizədlər CV formalarını hr@vtb.az elektron poçt ünvanına göndərə bilərlər. (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Tel: 986

 012 492 00 80

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275