VAKANSİYA

“FINCA Azerbaijan” işçi axtarır-VAKANSİYA
21 SENTYABR
2316

“FINCA Azerbaijan” işçi axtarır-VAKANSİYA

2016-09-21 21:00:00
“FINCA Azerbaijan” Tovuz (Qazax) filialı üçün icra işləri üzrə hüquqşünas vəzifəsinə işçi axtarır. Kredit təşkilatında fins.az-a verilən məlumata görə, ali hüquq təhsilli (magistr dərəcəsi olanlara üstünlük veriləcək), borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qərarlarının icra edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 2-dir.
 
Əsas vəzifə  öhdəlikləri:
 
• Problemli borclar üzrə yığımın təşkili və yığım prosesinin davamlığının təmin edilməsi; 
• Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi;
• İcra mərhələsində ərizə və vəsatətlərin  hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi; 
• Öz bacarıqları daxilində rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Borcların yığılması, problemli müştərilərlə işləmək, məhkəmə işləri və məhkəmə qərarlarının icra edilməsi sahəsində ən azı 3 il iş təcrübəsi;
• Mülki, mülki-prosessual, icra, ipoteka və bank qanunvericiliyi haqqında mükəmməl bilik;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
 
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
 
Müraciət etmək istəyənlər öz tərcümeyi-hallarını (CV) 2 Oktyabr 2016-cı il  tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.
 Yaxud aşağıda göstərilən ünvana, həmçinin yuxarıda adları çəkilən filiallara təqdim edə bilərlər:

Ünvan: Tovuz ray, Həzi Aslanov küç.
Tel:  (+994 55) 455-25-82; (+994 02) 231-5-45-66
Qazax ray, S.Arıxov küç.
Tel:  (+994 055)  455 25 81; (+994 20)  229 5-12-63
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275