VAKANSİYA

”Kred Aqro” işçi axtarır - VAKANSİYA
20 SENTYABR
1781

”Kred Aqro” işçi axtarır - VAKANSİYA

2016-09-20 21:00:00

”Kred Aqro” Gəncə filialı üçün regional hüquq məsləhətçisivəzifənə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali hüquq təhsilli, mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olan, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 20-dir.

 
Əsas vəzifə öhdəlikləri

∙ Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
∙ Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; 
∙ Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
∙ Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
∙ İcra işləri üzrə İcra məmurları ilə işləmək;
∙ Rəsmi yazışmaları təmin etmək;
 
Namizədə dair tələblər

∙ Hüquq sahəsində ali  təhsilinin olması;
∙ Gəncə şəhərində yaşayanlara üstünlük verilir. İş yeri - Gəncə filialıdır;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙  Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙  Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Kompyuter bilikləri;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olanşəxslərə üstünlük verilir.
. Əmək haqqı 600-800 AZN.

CV-lər mövzu hissəsində müraciət edilən vəzifə göstərilməklə recruitment@kredaqro.com elektron poçt ünvanına göndərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275