VAKANSİYA

“BOKT Embafinans”  işçi axtarır- VAKANSİYA
17 SENTYABR
1696

“BOKT Embafinans”  işçi axtarır- VAKANSİYA

2016-09-17 05:00:00

“BOKT Embafinans” Xaçmaz,Quba, Qusarregionları  üzrə “Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi” vakansiyası elan edilir. Fins.az-ın məlumatına görə, ali təhsilli (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.), Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 16-dır.

Əsas vəzifə və öhdəliklər:
• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Müracət və seçim qaydaları:

İş qrafiki: 6 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)
Əmək haqqı (xalis)
• Kiçik mütəxəssislər: 362 AZN + aylıq bonus*
*Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır

Maraqlananlar müraciət formalarını CV (resume)  hr@embafinans.az ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və regionu qeyd edilməlidir.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272