VAKANSİYA

“Bank of Baku” işçi axtarır- VAKANSİYA
09 SENTYABR
2505

“Bank of Baku” işçi axtarır- VAKANSİYA

2016-09-09 21:00:00

“Bank of Baku” bank sistemləri departamentinin eksperti vəzifəsinə işçi axtarır. Fins.az-ın

məlumatına görə, ali texniki təhsil, bank sistemlərinin inkişafı sahəsində davamlı iş

təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Əsas vəzifə öhdəlikləri:

- Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin

edən proqramlar işləyib hazırlayır

- Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsini, proqramların

sazlanmasına hazırlıq işlərini və sazlanmanı həyata keçirir

- Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün

yoxlama nümunələri verilənlərinin həcm və məzmununu müəyyən edir 

- İsitfadəyə verilmiş proqram və proqram vasitələrinin müşayiətini həyata keçirir

- Proqramlaşdırma avtomatizasiyası üsul və vasitələrini, tipik və standart proqram

vasitələrini  işləyib hazırlayır və tətbiq edir, hesablama proseslərinin unifikasiyası və

tipizasiyası üzrə işləri həyata keçirir

- Proqram arxitekturasını işləyib hazırlayır

Namizədə dair tələblər:

- Ali texniki təhsil

- Bank sistemlərinin inkişafı sahəsində davamlı iş təcrübəsi

- Oracle, MS SQL və ya PostgreSQL üzrə bacarıqlar

- Azərbaycan dili və rus dili üzrə əla səviyyədə biliklər

- Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

- İş vaxtı: 5 iş günü, 09.00-18.00 

- İş yeri: Əməliyyat Mərkəzi

Uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər.Məktubun

mövzu hissəsində Bank sistemləri sözünü qeyd edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275