VAKANSİYA

“Caspian Development Bank” işçi axtarır - VAKANSİYA
08 SENTYABR
2744

“Caspian Development Bank” işçi axtarır - VAKANSİYA

2016-09-08 22:00:00

“Caspian Development Bank”kreditlərin təhlili və monitorinqi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli (ali iqtisadi təhsilin olmasına üstünlük verilir), analitik düşünmə və riyazi təhlil etmə bacarığı, məntiqi bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərsiniz. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 7-dir.

İşçinin vəzifələri:

• Müştərinin maliyyə təhlilini həyata keçirir;
• kredit sifarişi üzrə kredit (xətt) müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və Risklərin İdarə edilməsi və Hüquq departamentləri ilə razılaşdırmaq
• Kredit üzrə müraciətlərə  Müşahidə Şurası, İdarə Heyəti, Kredit Komitəsində baxılmasına dair vahid rəy hazırlamaq və qərarlarının nəticəsinin filiallara çatdırılmasını təmin etmək
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək və verilmiş kreditlər barədə statistika aparmaq
• Verilmiş kreditlərin  hesabatını Mərkəzi Bankın təlimatına uygun olaraq Mərkəzləşmiş Kredit Reyestrinə təqdim etmək
• Verilmiş kreditlər üzrə rüblük monitorinq planlarını hazırlamaq və onların icrası ilə bağlı hesabatı departament direktoruna təqdim etmək
• Kredit portfeli üzrə qəfləti monitorinqlər keçirmək;

Vəzifəyə qəbul üçün tələblər:

• Ali təhsil (ali iqtisadi təhsilin olmasına üstünlük verilir);
• Analitik düşünmə və riyazi təhlil etmə bacarığı, məntiqi biliklər;
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmək bacarığı;
• Problemləri həll etmək bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Məsuliyyətli, dəqiq, etibarlı və detallara diqqət etmək qabiliyyəti;
• Azərbaycan dilini – mükəmməl; Rus və İngilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;

Müraciət anketləri mütləq şəkilli olmalıdır. Anketlərinizi mövzu hissəsində “Kredit təhlili” qeyd etməklə cv@cdbbank.az ünvanına göndərilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272