VAKANSİYA

“Kred Aqro” işçi axtarır- VAKANSİYA
08 SENTYABR
1812

“Kred Aqro” işçi axtarır- VAKANSİYA

2016-09-08 21:00:00

“Kred Aqro” Masallı filialıüçün regional hüquq məsləhətçisi (Masallı və Lənkəran regionu üzrə) vəzifəsinə işçi axtarır. Kredit təşkilatından fins.az-a verilən məlumata görə, hüquq sahəsində ali təhsilli, bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 10-dur.

 Əsas vəzifə öhdəlikləri

∙ Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
∙ Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; 
∙ Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
∙ Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
∙ İcra işləri üzrə İcra məmurları ilə işləmək;
∙ Rəsmi yazışmaları təmin etmək;
 
Namizədə dair tələblər

∙ Hüquq sahəsində ali  təhsilinin olması;
∙ Masallı və Lənkəran şəhərində yaşayanlara üstünlük verilir. İş yeri - Masallı filialıdır;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙ Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙ Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Kompyuter bilikləri;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan, şəxslərə üstünlük verilir.

CV-ləri mövzu hissəsində müraciət edilən vəzifə göstərilməklə recruitment@kredaqro.com elektron poçt ünvanına göndərilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271