VAKANSİYA

“Nurgün Holding” işçi axtarır- VAKANSİYA
05 SENTYABR
2656

“Nurgün Holding” işçi axtarır- VAKANSİYA

2016-09-05 22:00:00

“Nurgün Holding” auditor vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə, 25-35 yaşlarında ali təhsilli, müvafiq sahə üzrə iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi oktyabr ayının 5-dur.

Əmək haqqı təcrübədən asılı olaraq dəyişə bilər.

Vəzifə üzrə öhdəliklər:

• Daxili auditin və strateji planlamanı təşkil etməli;
• Şirkətin bütün struktur bölmələrinə fasiləsiz səmərəli nəzarət etməli;
• Bütün struktur bölmələri və kənar səlahiyyətli orqanlarla maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət məsələləri üzrə qaşılıqlı əlaqələr qurmalı;
•  Planlamanın həyata keçirilməsini təşkil etməli;
• Mühasibat uçotunu təşkil etməli və hesbataların tərtib edilməsini yoxlamalı;
• Yoxlanılan fəlaiyyət növlərinə dair mövcud riskləri müəyyən etməli və onların təhlilini aparmalıdı.

Namizədə dair tələblər:

• Ali təhsil;
• İş təcrübəsi;
• Təhlil aparmaq bacarığı;
• Təşəbbüskar olmalı;
• Kompüterdə sərbəst işləməyi bacarmalı;
• İnkişafa meyilli olmalı;
• Məsuliyyətli və diqqətli olmalı.
• Yaş həddi 25-35 arası

Müraciət etmək istəyənlər öz CV formalarını mövzu qismində“Auditor”  göstərməklə hr@nurgun.az elektron ünvanına göndərə bilərlər. 

E-mail: hr@nurgun.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274