VAKANSİYA

“Avtolux Azerbaijan” işçi axtarır – VAKANSİYA
25 AVQUST
1411

“Avtolux Azerbaijan” işçi axtarır – VAKANSİYA

2016-08-25 21:00:00

“Avtolux Azerbaijan”  “Ferrari Baku” üçün satış təmsilçisi (Avto satış üzrə) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 22-28 yaşlarında ali təhsilli,2 il müvafiq sahədə iş təcrübəsi olan namizədlərvakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 24-dür.

Namizədə dair tələblər:

1. 2 il müvafiq sahədə iş təcrübəsi;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-28;

Vəzifə öhdəlikləri:

1. Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda  olan avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
2. Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olub bundan sonra da müştəri müraciət etdiyi halda satış prosesini davam etmək və prosesi başa çatdırmaq;
3.Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
4.Müştərinin avtomobil ilə əlaqədar suallarını ətraflı cavablandırmaq üçün təşkil edilən təlimlərdə aktiv iştirak edərək, verilən təlimatları öyrənərək özünü inkişaf etdirmək, avtomobil biliyini və satış texnikasını tam mənimsəmək;
5.Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;

 Müraciət etmək istəyənlər "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd etməklə CV-lərini Hr@autolux-az.com ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272