VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA
05 AVQUST
2332

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır – VAKANSİYA

2016-08-05 22:00:00

Maliyyə Bazarlarına Nəzarət Palatası təminat və satınalmalar sektorunun aparıcı mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib. Fins.az-ın məlumatına görə, ali təhsilli,analoji sahə üzrə 3 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi sentyabr ayının 3-dür.

Namizədə dair tələblər:

• Ali təhsil;
• Analoji sahə üzrə 3 il iş təcrübəsi; 
• Beynəlxalq və yerli səviyyədə yazışmaların aparılması bacarığı;
• İntensiv rejimdə və komandada işləmək bacarığı;
• Təqdimat və ünsiyyət bacarığı;
• Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Təminat və satınalmalar üzrə bazarı təhlil edir, potensial iddiaçıları araşdırır;
• İddiaçılardan gələn təklifləri araşdırır və təhlil edir;
• Bağlanmış satınalma müqavilələrinin şərtlərinə əməl olunmasına nəzarət edir;
• Palatanın struktur bölmələrinin fəaliyyətinə lazım olan  maddi ehtiyatların, hesablama texnikası ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının təchizatına nəzarət edir;

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini hr@fmsa.az elektron ünvanına göndərə bilərlər. Müraciət edilən vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275