VAKANSİYA

“Bank of Baku” işçi axtarır - VAKANSİYA
28 İYUL
1964

“Bank of Baku” işçi axtarır - VAKANSİYA

2016-07-28 22:00:00

“Bank of Baku” kommersiya kreditləri departamenti eksperti vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali iqtisadi təhsilli, sahə üzrə 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 9-dur.

Əsas vəzifə öhdəlikləri:

- Qarşısına qoyulan satış hədəflərinin yerinə yetirilməsi
- Yeni müştərilərin axtarılması və cəlb olunması
- Kredit alanın maliyyə durumu təhlilinin aparılması, təhlil cədvəllərinin hazırlanması və Kredit Komitəsinə kredit işinin təqdimatı
- Mövcüd kreditlər üzrə monitorinqin aparılması
- Verilmiş kreditlərdə yaranan problemlərin həlli üçün tədbirlərin görülməsi
- Üzərinə düşən məlumatların və hesabatların hazırlanması (maliyyə qurumları, investisiya fondları və sair üçün)
- Bankın kommersiya kreditlərinin verilməsi üzrə prosedurun təkmilləşdirilməsində iştirak

Namizədə dair tələblər:

- Ali iqtisadi təhsil
- Sahə üzrə 2 il iş təcrübəsi (iri və orta/kiçik kreditlərlə iş sahəsində)
- Azərbaycan dili - əla, rus dili  – orta
- MS Office proqramları ilə işləmə bacarığı
- Nəticəyə yönəliklik
- Təzyiq altında işləmə bacarığı
- Komanda şəklində işləmək bacarığı

İş şərtləri

 Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 İş yeri: Baş Ofis

Müraciət üçün son tarix: 09/08/2016

Uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Kommersiya Kreditləri sözünü qeyd edilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274