VAKANSİYA

“Xalq Sığorta” işçilər axtarır - VAKANSİYA
24 İYUL
2166

“Xalq Sığorta” işçilər axtarır - VAKANSİYA

2016-07-24 21:00:00

“Xalq Sığorta” filiallar üzrə satış üzrə mütəxəssis (Zaqatala, Cəlilabad, Yevlax, Gəncə, Xaçmaz, Şabran, Qazax, İsmayıllı, Mingəçevir, Quba, Qusar, Şamaxı, Şəki, Lənkəra, Şirvan, Şəmkir, Siyəzən) vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 25-30 yaşlarında ali təhsilli, MS Office proqramlarını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. 

Namizəddən tələb edilənlər: 

• Cinsi /K
• Yaş həddi 25-30
• Ali təhsil
• Azərbaycan dili(rus, ingilis dilini bilmək arzuolunandır)
• Təcrübəli MS Office proqramlarının bilgisi
• Sürücülük vəsiqəsi 

Vəzifəyə dair tələblər: 

• Sığorta sahəsində təcrübəsi olan namizədlər arzuolunandır. 
• Danışıq aparmaq və müştərilərlə işləmək qabiliyyəti 
• Müştərilərin axtarışı və cəlb edilməsi 
• Ünsiyyətli, məsuliyyətli, təmkinli,komandada işləməyi bacarmaq
• Riyazi hesablama aparmaq qabiliyyəti
• Yaşadığınız region haqqında məlumatlara malik olmaq 

İşin təsviri:

• Müxtəlif sığorta növləri üzrə müştərilərə məsləhətlərin verilməsi
• İstənilən sığorta növü üzrə sığorta şəhadətnamələrinin tərtibi, müştəri haqqında informasiyanın məlumat bazasına daxil edilməsi
• Mövcud müştərilərlə və daxil olan müraciətlərlə aparılan işlərin hesabatının tərtib edilməsi
• Müəssələrə getmək və müştərilərlə görüşmək
• Sazişlə bağlı sənədlərin tərtibi və yığılması 

İş şəraiti 

• İş vaxtı 9.00-18.00
• Şənbə və bazar – istirahət günləri 

Xahiş olunur hazırlanmış CV formasını hr@xalqsigorta.az ünvanına göndərəsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270