VAKANSİYA

“Zaman Broker” işçi axtarır- VAKANSİYA
19 İYUL
1637

“Zaman Broker” işçi axtarır- VAKANSİYA

2016-07-19 21:00:00

“Zaman Broker”   sığorta və təkrar sığorta üzrə broker axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, 3 illik iş təcrübəsi, təqdimat qabiliyyəti, şifahi və yazılı ünsiyyət aparmaq bacarığı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi  avqust ayının 17-dir.

Vəzifə öhdəlikləri

- Mürəkkəb hallar üzrə xüsusi sığorta təminat növünün hazırlanması; bu, sığorta anderrayterləri vəriskə baxış keçirənlər üçün sığorta hesabatların hazırlanması və sığortaçılar ilə danışıqlar aparmaq ola bilər;

- Sığorta şirkətlərinin xidmətləri barədə tədqiqat aparmaq, müştərilər üçün uyğun qiymətə müvafiq ən yaxşı sığorta təminatı tapmaq üzrə anderrayterlər ilə danışıqlar aparmaq;

- Müştərilərə sığorta müqavilələri üzrə iddia qaldırmaq lazımlığı və zamanı barədə məsləhət vermək;

- Tenderlər keçirmək;

- Müştərilərin sığorta müqavilələrinin yenilənməsi kimi sığorta ehtiyaclarını nəzarətdə saxlamaq;

- Mövcud sığorta müqavilələrinin yenilənməsi və dəyişdirilməsi;

- Sığorta haqqlarının toplanması və hesablaşmaların aparılması;

- Sığorta bazarında və müştərilərin fəaliyyətlərində baş verən dəyişikliklərə uyğunlaşmaq. 

Namizədə dair tələblər:

- Minimum 3 illik iş təcrübəsi

- Bakalavr dərəcəsi

- Təqdimat qabiliyyəti, şifahi və yazılı ünsiyyət aparmaq bacarığı

- Kompüter bilikləri, MS Office üzrə mükəmməl bilik daxil olmaqla

- Azərbaycan və İngilis dillərini səlist bilmək

Əmək haqqı: 1500 AZN

İş vaxtı: 5/2 09:00 - 18:00
  

Müraciət etmək istəyənlər CV formalarını office@zamanbroker.az ünvanına göndərə bilərlər.

E-mail: office@zamanbroker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271