VAKANSİYA

“Rəvan Sığorta” işçi axtarır - VAKANSİYA
18 İYUL
1257

“Rəvan Sığorta” işçi axtarır - VAKANSİYA

2016-07-18 21:00:00

“Rəvan Sığorta” satış meneceri vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 21-30 yaşlarında ali təhsilli, azərbaycan, rus və ingilis dillərini bilən namizədlər vakaniya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 18-dir. 

İş barədə məlumat

- Yeni müştərilərin axtarışı;

- Sığorta bazarının araşdırılması;

- Müştərilərlə görüşlərin təşkili və sığorta təminatlarının müştərilərə izah olunması;

- Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanaraq təqdim edilməsi;

- Gündəlik görülən işlər haqqında məlumat vermək;

- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;

Sığorta sahəsində işləyənlərə üstünlük veriləcəkdir.

Namizədə dair tələblər

-Xoş xarici görünüş;

- Məsuliyyətli və işində dəqiq;

- Müştəriləri inandırmaq bacarığı;

- Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri - orta;

- Danışıqlar aparma, təqdimetmə bacarıqları;

- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik; 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini info@revansigorta.az elektron ünvanına göndərmələri xahiş olunur.

 

Əlaqə nömrəsi: 012-448-33-11

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275