VAKANSİYA

TBC Kredit işçi axtarır - VAKANSİYA
05 İYUL
1361

TBC Kredit işçi axtarır - VAKANSİYA

2016-07-05 22:00:00

Hazırda TBC Kredit BOKT İstehlak Kreditləri üzrə Şagird Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Təşkilatdan fins.az-a verilən məlumata görə son müraciət tarixi 4 avqustdur.

Əsas vəzifə öhdəlikləri:

• Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək

• Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək

• Şirkətin daxili sistemini öyrənmək

• Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək

• Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək

• Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək

• Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayyəndəlik funksiyaları həyata keçirilməsini öyrənmək

Namizədə dair tələblər: 

• Ali təhsil

• Azərbaycan dilində səlist danışıq qabiliyyəti

• Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandı

• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı

• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti

• Müştərini cəlbetmə bacarığı

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri  04 avqust 2016-cı il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (İstehlak Kreditləri üzrə Şagird Kredit Mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272