VAKANSİYA

“Bank BTB” işçi axtarır - VAKANSİYA
02 İYUL
1728

“Bank BTB” işçi axtarır - VAKANSİYA

2016-07-02 10:00:00

Bank “BTB” Büdcə və Maliyyə Nəzarəti şöbəsinin Baş Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir. Bankdan fins.az-a verilən məlumata görə son müraciət tarixi 17 iyuldur.

İş barədə məlumat:

Bankın maliyyə  hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;

Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;

Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;

- Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;

Büdcənin tərtibi və onun icrası, habelə hesabatlılıq üzrə  digər işləri görür;

- Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;

Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;

Namizədə tələblər:

- Ali iqtisadi təhsilin olması;

- Ən azı 2 il bank və ya oxşar kredit institutunda maliyyə sahəsi üzrə təcrübə;

Komandada işləmək qabiliyyətinin olması;

- Analitik düşüncə;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17.07.2016-cı il tarixinədək cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və Maliyyə Nəzarəti şöbəsinin Baş Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272