VAKANSİYA

Unibank işçi axtarır - VAKANSİYA
25 İYUN
1637

Unibank işçi axtarır - VAKANSİYA

2016-06-25 08:00:00

Finds.az xəbər verir ki, Avtomatlaşdırılmış bank sistemlərinin idarə olunması departamentinə, Bank sistemlərinin inzibatçılığı qrupunun Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib. Son müraciət tarixi, 24 iyuldur.

Əsas vəzifə öhdəlikləri: 

- PT-nin inkişafı üzrə biznes tələblərin təhlili;

Yeni (PL/SQL) funksionalın işlənməsi, mövcud olanın genişləndirilməsi;

SQL sorğuların və PL/SQL paketlərin optimallaşdırılması;

İnformasiya mühiti (ABS, DWH) daxilində, əlaqəli İT sistemlər (Card Processing Center, Automatically Payment System -Cash-in, CRM, Mobile Bank) üçün inteqraiv həllərin işlənməsi və tətbiqi;

- Saxlanılan prosedurların, funksiyaların, qovluqların, triggerlərin yazılması;

- Verilənlər seçimi üzrə SQL-sorğuların yaradılması;

Tətbiq edilən dəyişikliklərin test edilməsi;

- Kənar tərtibatçılarla qarşılıqlı iş, işlənmə üzrə tapşırıqların icra olunmasına nəzarət;

Texniki həllin işlənməsi, PT-na qarşı tələblərin və texniki tapşırıqların işlənməsi;

- Texniki sənədlərin yazılması.

Namizədə dair tələblər:

Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)

- Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə)

SQL-ni bilmək və PL/SQL-də proqramlaşdırma təcrübəsi, kodu keyfiyyətli yazmaq və onu sınaqdan çıxarmaq bacarığı, yad kodu təhlil etmək bacarığı;

Analitik düşüncə tərzi və fikirlərin şərhinin strukturlaşdırılması, işdə sistemlilik məcburidir;

- İT sahəsində minimum 1 il iş təcrübəsi;

- XML ilə iş təcrübəsi arzu olunandır;

BD Oracle inzibatçılığı təcrübəsi rəğbətlə qarşılanır;

- Bank sektorunda, prosessinq mərkəzində iş təcrübəsi, ödəniş sistemlərinin iş prinsiplərini, tələblərini və iş texnologiyasını bilənlərə üstünlük verilir;

Yenidən işlənmələrə hazırlıq;

- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

Məsuliyyətlilik;

Ünsiyyət bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 24.07.2016-cı il tarixinədək Unibank2@unibank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Bank sistemlərinin inzibatçılığı qrupunun Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Eləcə də bax: Kapital Bank da işçi axtarır - VAKANSİYA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275