VAKANSİYA

Xalq Bank işçi axtarır- VAKANSİYA
18 İYUN
1417

Xalq Bank işçi axtarır- VAKANSİYA

2016-06-18 09:00:00

Xalq Bankın “Şamaxı” filialının Kiçik Kassiri / Baş Kassiri vəzifəsinə işçi axtarılır.

Bankdan fins.az-a verilən məlumata görə, vakansiyaya müraciət etmək üçün namizədin -maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi) olması mütləqdir.  Son müraciət tarixi 17 iyul 2016-cı ildir.

Əmək haqqı: (540 AZN-dən 1180 AZN-dək)

Vəzifə: (stajçı kassir, kiçik kassir, kassir, aparıcı kassir, böyük kassir, baş kassir)

Qeyd: Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (380 AZN) ödənilməklə stajçı kassir götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Şamaxı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;

• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

• Riyazi hesablama aparmaq qabiliyyəti;

• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;

• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

• Yüksək qavrama və öyrənmə qabiliyyəti;

• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

• Kompyuter bilikləri;

İŞİN TƏSVİRİ:

• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;

• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;

• Nağd vəsaitlərin çeşidlənməsi;

• Bankomatların yüklənilməsi və boşaldılması.

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: cv@xalqbank.az
Telefon:   (012) 404 43 39
Faks:        (012) 404 43 34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275