VAKANSİYA

“Parabank” işçilər axtarır- VAKANSİYA
06 İYUN
2318

“Parabank” işçilər axtarır- VAKANSİYA

2016-06-06 08:00:00

“Parabank”  yeni vakansiyalar elan edib. Bankdan fins.az-a verilən məlumata görə, katiblik üzrə müdir, şəxsi köməkçi, kredit risklərin idarəedilməsi şöbəsi, bazar risklərin idarəedilməsi şöbəsinə və Ağcəbədi filialına müdir vəzifələrinə işçi axtarılır. İşlə bağlı son müraciət tarixi  iyul ayının 2-dir.

Katiblik üzrə Müdir

Namizədə dair tələblər

Sənəd dövriyyəsi və nəzarəti (document control) üzrə ən azı 3 illik təcrübənin olması
Ali təhsil (hüquq təhsili olanlara üstünlük veriləcək);
Məsuliyyətli olmalı;
Komandada işləmə bacarığı,
Ünsiyyət qurabilmə qabiliyyəti;
Azərbaycan dili mükəmməl, Rus dili yüksək səviyyədə;

Vəzifə öhdəlikləri:     

• Rəhbərliyin qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi, verilmiş qərarların icrasına nəzarət
• Rəhbərlik adından göndərilən bütün məktub, sərəncam, tapşırıq layihələrinin hazırlanması və imzaya təqdim edilməsi;
• İclasların vaxtında keçirilməsini təmin edilməsi məqsədilə iclas cədvəlinin qabaqcadan hazırlanması və iclasdan qabaq iclas iştirakçılarının məlumatlandırılması;
• Kurasiya üzrə tapşırıqlarının icraçılara çatdırılması, icrasının təmin edilməsi, mütəmadi olaraq icrada olan işlərin vəziyyəti barədə Rəhbərliyin məlumatlandırılması;
• Icrada olan işlərin cədvələ salınması və mütəmadi olaraq icraçılardan icranın tələb edilməsi və nəzarətdə saxlanılması;
• Əmr, qərar, məktub və tapşırıqlar siyahısının hazırlanması, icrası haqqında gündəlik Rəhbərliyə məlumatların təqdim edilməsi;
• Zərurət yarandığı halda Rəhbərliyin keçirdikləri iclaslara katiblik edərək həmin iclasın protokolunun hazırlanması;
• Üzərinə düşən işlərin Kargüzarlığın aparılmasına dair təlimatın, banklarda korporativ idarəetmə standartlarına, eləcə də digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun təşkili;

CV-ləri Katiblik üzrə Müdir mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şəxsi Köməkçi (PA)

Namizədə dair tələblər

Ali hüquqi və ya İqtisadi təhsil;
Məsuliyyətli olmalı;
Komandada işləmə bacarığı,
Ünsiyyət qurabilmə qabiliyyəti;
Bu sahədə minimum 3 il iş təcrübəsi
Azərbaycan və Rus dilləri mükəmməl, inglis dili orta səviyyədən yüksək səviyyədə;

Vəzifə öhdəlikləri:     

o İdarə Heyətinin birbaşa tapşırıqlarını icra etmək qabiliyyətinə malik olmalı;
o Bankdaxili sənəd dövriyyəsi üzrə işin düzgün aparılması;
o Hesabatın hazırlanması və yazışma bacarığı;
o Kurasiya üzrə İdarə Heyəti sədrinin tapşırıqlarının icraçılara çatdırılması, icrasının təmin edilməsi, mütəmadi olaraq icrada olan işlərin vəziyyəti barədə Rəhbərliyin məlumatlandırılması;
o Təşəbbüskarlıq qabiliyyəti;
o Verilmiş tapşırıqları vaxtında və düzgün hazırlanması;
o Ünsiyyət qurabilmə qabiliyyəti;
o Etikalı olmaq;

CV-ləri Şəxsi köməkçi mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

Kredit risklərin idarəedilməsi şöbəsi

Namizədə dair  tələblər

• Ali riyazi və ya iqtisadi təhsil olması.
• Ehtiyatlılıq qabiliyyəti.
• Analitik düşüncə və əməli nəticə çıxarmaq bacarığı.
• Peşəkarlıq və səriştəlik qabiliyyəti.
• MS Office  proqramlarında işləmək bacarığı.
• Bu sahədə minimum 2 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:   

• Kredit risklərinin ölçülməsi üçün gündəlik bank əməliyyatları haqda məlumatların yığılması və təhlil edilməsi;
• Kredit risklərinin operativ qiymətləndirilməsi üçün bankın struktur bölmələri tərəfindən təqdim olunmalı məlumatların həcmini  və müddətinin müəyyən edilməsi, zərurətdən asılı olaraq məlumatların həcm və müddətlərində dəyişiklik edilməsi;
• Kredit risklərinin qiymətləndirilməsi və hesabatların hazırlanmasında iştirak edilməsi;
• Zəruri məlumat bazasının yaradılması;
• Departamentin əsasnaməsindən irəli gələn bütün vəzifələrin icrasının təmin edilməsi;
• Departament direktoru tərəfindən departamentin fəailiyyəti ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələrin icra edilməsi.

CV-ləri Kredit risklərin idarəedilməsi  müdir mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bazar risklərin idarəedilməsi şöbəsi - müdir

Namizədə dair tələblər: 
• Ali iqtisadi təhsil olması.
• Ehtiyatlılıq qabiliyyəti.
• Analitik düşüncə və əməli nəticə çıxarmaq bacarığı.
• Peşəkarlıq və səriştəlik qabiliyyəti.
• MS Office  proqramlarında işləmək bacarığı.
• Bu sahədə minimum 2 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri: 

• Bazar risklərinin müəyyən edilməsi üçün gündəlik bank əməliyyatları haqda məlumatların yığılması və təhlil edilməsi;
• Bazar risklər üzrə risk xəritəsini hazırlanmasında iştirak edilməsi;
• Bazar risklərin operativ qiymətləndirilməsi üçün bankın struktur bölmələri tərəfindən təqdim olunmalı məlumatların həcmini  və müddətinin müəyyən edilməsi, zərurətdən asılı olaraq məlumatların həcm və müddətlərində dəyişiklik edilməsi;
• Bazar risklərinin qiymətləndirilməsi və hesabatların hazırlanmasında iştirak edilməsi;
• Zəruri məlumat bazasının yaradılması;
• Departamentin əsasnaməsindən irəli gələn bütün vəzifələrin icrasının təmin edilməsi;
Departament direktoru tərəfindən departamentin fəailiyyəti ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələrin icra edilməsi.

CV-ləri Bazar risklərin idarəedilməsi şöbəsi – müdir mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ağcabədi - Filial müdiri

Namizədə dair tələblər
• Ali təhsil  (iqtisadi təhsillilərə üstünlük verilir);
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti
• Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
• Bu sahədə dörd  illik təcrübəyə malik olması;
• Filialın  işlərini planlaşdırma bacarığına malik olması;

Əsas vəzifələr
• Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına  nəzarət  etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
• Filiallara  etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
•  Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək  və buna məsuliyyət daşımaq;
• Korporativ müştərilərin filiallara  cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.

CV-ləri  Filial müdiri mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275