VAKANSİYA

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA
25 APREL
3114

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

2016-04-25 00:01:00

“PAŞA Sığorta” daxili audit üzrə baş məsləhətçi vəzifəsinə işçi qəbulu elan edib. Şirkətdən fins.az-a verilən məlumata görə,  ali təhsilli (Hüquq və ya İqtisadi sahədə),  audit sahəsində ən azı 2 il (sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir), və yaxud sığorta sektorunda maliyyə sahəsində ən azı 3 il təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 22-dir.

Vəzifə öhdəlikləri:

• Daxili Audit yoxlamasını "PAŞA Sığorta" ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• Tövsiyyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
• Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
• DAX tövsiyyələrinə cavab olaraq "PAŞA Sığorta" ASC rəhbərliyi ilə razılaşdırılmış islahedici 
tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;

Təhsil:Ali təhsil (Hüquq və ya İqtisadi sahədə)

İş təcrübəsi:Audit sahəsində ən azı 2 il (sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir), və yaxud sığorta sektorunda maliyyə sahəsində ən azı 3 il

Biliklər:MS Office proqramları (xüsusilə MS Excel);
Azərbaycan və İngilis dilllərini yüksək səviyyədə bilmək

Xüsusi bacarıqlar:

• Təhlil etmək bacarığı;
• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır;
• Müstəqilliyini qorumaq bacarığı; 
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyini hazırlama və hesabatları yazma bacarığı.

Müraciət etmək istəyənlər vəzifənin adını “subject” sətrində qeyd edərək CV-ni recruitment@pasha-insurance.az  elektron ünvanına göndərə bilərlər

Əlaqə tel: (012) 598 18 03

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272