VAKANSİYA

“NIKOIL Bank” işçi axtarır- VAKANSİYA
23 APREL
2324

“NIKOIL Bank” işçi axtarır- VAKANSİYA

2016-04-23 09:00:00
“NIKOIL Bank” kiçik biznes kreditləşməsi qrupuna kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edib. Bankdan fins.az-a verilən məlumata görə,  21-30 yaşlarındaali təhsilli (İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində təhsilə üstünlük verilir) bank və ya bank olmayan kredit təşkilatında iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 20-dir.

Namizədə dair tələblər
- Ali təhsil (İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində təhsilə üstünlük verilir) 
- Yaş həddi : 21-30 
- Məsuliyyətli, dəqiq, etibarlı və detallara diqqət etmək qabiliyyəti 
- Analitik düşünmə və riyazı təhlil etmə bacarığı olmalı 
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı 
- Komandada işləmək bacarığı 
- Microsoft Office (xüsusən Word və Excel) proqramlarında işləmək bacarığı 
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti 
- Azərbaycan dilində səlis danışmaq, rus dilində müəyyən səviyyədə biliyə malik olmaq 
- Bank sektorunda inkişaf etmək istəyi 
- Məqsədyönlü 
- Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük veriləcək 
- Ümumi iqtisadiyyat və bank işi üzrə ümümi biliklərin olması

İş barədə məlumat

- İlkin təlim 
- Təlimin nəticələrinə görə rəsmi olaraq işə qəbul 
- Maaş + aylıq bonus 
- Təşkilatın kredit məhsullarını təbliğ edir və müştəriləri cəlb edir, birbaşa marketinq və satış funksiyasını həyata keçirir 
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir 
- Müştərinin biznesinin maliyyə təhlilini həyata keçirir 
- Kreditin verilməsi ilə bağlı sənədləşmə işlərini aparır 
- Kredit portfelinin keyfiyyətinə və geri ödənişlərə nəzarət edir

Şəhər - Bakı
Yaş - 21 - 30 yaş
Təhsil - Ali
İş təcrübəsi - 1 ildən aşağı

Müraciət etmək istəyənlər CV-lərini  hr@nikoil.az  elektron ünvanına başlıq yerində vakansiyanın adını qeyd edərək göndərə bilərlər. 

Telefon(012) 981

E-mail - hr@nikoil.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272