TENDER

Nazirlik bu iki şirkətlə müqavilə imzalayıb – 430 min manat ödəyəcək
02 OKTYABR
142

Nazirlik bu iki şirkətlə müqavilə imzalayıb – 430 min manat ödəyəcək

2019-10-02 16:13:00

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iki şirkətlə 429 min 700 manat məbləğində müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi “Agriculture Management and  İnvestment company” MMC-yə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqi üzrə bilik və bacarıqların artırılmasında təlimlərin təşkili işlərinin satın alınması üçün 96 min 500 manat ödəyəcək.

2-ci müqavilə çərçivəsində isə Nazirlik “İdrak Texnoloji Transfer” şirkətinə Dronların satın alınması üçün 333 min 200 manat ödəyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır