TENDER

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti TENDER elan edir
10 İYUN
733

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti TENDER elan edir

2019-06-10 12:28:00

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti təsərrüfat mallarının satınalınması məqsədilə 1 lotdan ibarət açıq tender elan edir.

  • Lot 1 təsərrüfat malları
  • Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu АZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi,Heydər Əliyev Beynəlxalq Aeroportu (Əlaqələndirici şəxs : OQTAY NOVRUZOV RAMAZAN OĞLU telefon : +994 12 497 26 00 daxili 4009) ünvanından ala bilərlər.
  • İştirak haqqı:
  • Lot 1 :575 AZN
  • Hesab: AZ88AZAL38050000001000002000
  • VÖEN: 9900006241
  • Bank: "PREMİUM BANK" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 2 saylı filial
  • Kodu: 508267
  • M/H: AZ70NABZ01350100000000020944
  • S.W.İ.F.T:
  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.07.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.07.2019 18:00 qədər Bakı şəhəri, Olimpiya küçəsi 4 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 25.07.2019 11:00 tarixində Bakı şəhəri, Olimpiya küçəsi 4 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272