TENDER

Mənzil-kommunal təmir xidməti TENDER elan edir
08 APREL
294

Mənzil-kommunal təmir xidməti TENDER elan edir

2019-04-08 12:44:00

Mənzil-kommunal təmir xidməti tender elan edir

  • lot 1 - İçəri Şəhər ərazisində Böyük Qala küçəsi 41-45 nömrəli ünvanda binanın fasad, zirzəmi, yarımzirzəmi və otaqların təmiri işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu . (Əlaqələndirici şəxs : MAHİR ƏHMƏDOV MAYIL OĞLU , telefon : 012 492 24 27) ünvanından ala bilərlər.

İştirak haqqı:
  • lot 1 - 150 AZN
Bank rekvizitləri:
  • Hesab: AZ03AIIB38040019443600287106
  • VÖEN: 9900003611
  • Bank: Kapital Bank ASC İçərişəhər filialı
  • Kodu: 200060
  • M/H: AZ37NABZ01350100000000001944
  • S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • 10. Digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- olmamasına dair arayış.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06.05.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15.05.2019 17:00 qədər . ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 17.05.2019 11:00 tarixində Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027