TENDER

Abadlaşdırılma işlərinin satınalınması - TENDER
12 FEVRAL
267

Abadlaşdırılma işlərinin satınalınması - TENDER

2018-02-12 11:35:00

Qusar RİHB-in Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018-ci ildə şəhərin abadlaşdırılması işlərinin satınalınması məqsədilə açıq   tender   elan   edir.

Lot-1. Abadlıq işlərinin satınalınması.

İddiaçılar 220 (iki yüz iyirmi ) manat iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər:

Təşkilat:Qusar RİHB-in Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi.

H/h: Qusar Y.X.O.- AZ17AIIB 32051019444800201148

 VÖEN:4700077491

 Bank:”Kapital Bank”ın Qusar filialı

 Kod:200480

 VÖEN:9900003611

 M h: AZ37NABZ 01350100000000001944

 S.W.İ.F.T.BİK:A II BAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndərici şəxs:Tumarxanov İkram Cavid oğlu, əlaqə telefonu-(0138) 5-31-83.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti və texniki imkanları olan meyarlara üstünlük veriləcəkdir.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1% həcmində bank zəmanəti zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi organları rərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı,hüquqi statusu, nizamnaməsi, ünvanı və digər rekvizitləri;

Sənədlər Azərbaycan dilində 2 nüsxədə(əsli və surəti) tərtib olunmalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2018-ci il mart ayının 15-dək, tender təklifi və bank zəmanətini isə 2018-ci il aprel ayının 2-si saat 18 .00-dək (Qusar şəhəri H.Əliyev prospekti 140 ) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 2018-ci il aprel ayının 3-ü saat 15 .00-da açılacaqdır . Zərflərin açılışında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259