TENDER

Aqrolizinq ASC - TENDER
09 FEVRAL
221

Aqrolizinq ASC - TENDER

2018-02-09 16:06:00

AQROLİZİNQ ASC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 3 lot üzrə keçirilir::

lot 1 - Müxtəlif təyinatlı traktorların və ekskavatorların sığortalanması xidmətləri
lot 2 - Holştin-friz cinsli damazlıq heyvanların sığortalanması xidmətləri
lot 3 - Simmental cinsli damazlıq heyvanların sığortalanması xidmətləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 (Əlaqələndirici şəxs :Abdullayeva Vəfa Hikmət qızı, telefon :425-66-94; (+99451) 255-92-40) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 600 manat 
lot 2 - 800 manat 
lot 3 - 1000 manat 

Hesab: AZ91AIIB38070019443500231102
VÖEN 1700382471
Bank: Kapital Bank Mərkəz filialı 
Kodu: 200026
VÖEN: 9900003611
M/H: АZ37NABZ01350100000000001944
S.W.İ.F.T: АIIBAZ2Х

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: Lisenziya

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-03-15 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-30 17:00qədər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-03-31 15:00 tarixində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi 12 ünvanında yerləşən «Aqrolizinq» ASC-nin konfrans zalı ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273