TENDER

Azərbaycan Dəmir Yolları tender elan edir
28 NOYABR
272

Azərbaycan Dəmir Yolları tender elan edir

2017-11-28 15:50:00

Azərbaycan Dəmir Yolları  QSC YANACAQ Və SüRTKü YAğLARı TəMINATı MüəSSISəSI AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir::

lot 1 - Dizel mühərrik yağı (M14B2), benzin mühərrikli nəqliyyat vasitələri üçün mühərrik yağı (5w-40), dizel mühərrikli nəqliyyat vasitələri üçün mühərrik yağı (10w-40), benzin mühərrikli nəqliyyat vasitələri üçün mühərrik yağı (10w-40), dizel mühərrikli nəqliyyat vasitələri üçün mühərrik yağı (15w-40), hidravlika, antifriz, ox yağı (TU 32), transmisiya yağı

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ələddin Quliyev küç. 1 (Əlaqələndirici şəxs :Hüseynov Səbuhi, telefon :(+99412) 499-44-22; 499-43-05) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 300 manat 

Hesab: AZ57İBAZ38050019449345061205
VÖEN 9900007721
Bank: Azərbaycan Beynəlxalq Bankı Nəqliyyat filialı 
Kodu: 805711
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusunizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-12-28 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-01-10 18:00qədər Bakı şəhəri, Ələddin Quliyev küç. 1 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2018-01-11 11:00 tarixində Bakı şəhəri, Ələddin Quliyev küç., 1 (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Yanacaq və sürtkü yağları təminatı” müəssisəsi) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289