TENDER

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi – TENDER
06 OKTYABR
130

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi – TENDER

2017-10-06 15:32:00
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi AÇIQ TENDER ELAN EDİR
Tender 5 lot üzrə keçirilir.
Lot-1. Gənclər arasında milli -mənəvi dəyərlərin təbliği və dini radikalizmin profilaktikası sahəsində tədbirlərin keçirilməsi.
Lot-2. “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfransın keçirilməsi.
Lot-3. “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin yayılması” mövzusunda beynəlxalq konfransın keçirilməsi.
Lot-4. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Vətənimə xidmət edirəm” adlı əsgər bayramının keçirilməsi.
Lot-5. Sosial müdafiəyə ehtiyacı olan gənclər üçün Yeni il şənliyinin keçirilməsi.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658416 və 4652155 nömrəli telefonlara (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxslər – Nəcəfov Elçin Emil oğlu, Qurbanzadə Fərid Vidadi oğlu). İddiaçılar 1-ci lot üçün 50 (əlli) manat, digər lotların hər biri üçün isə 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi, 4, II mərtəbə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektoru, sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru) ala bilərlər. Bank:Dövlət Xəzinədarlıq Agentliyi Kod : 210005 M/H: AZ41NABZ01360100000000003944 VÖEN: 1401555071 SWIFT: CTREAZ22 Alan müştəri: Azərbaycan Respublikası- nın Gənclər və İdman Nazirliyi H/H: AZ50CTRE00000000000002147771 VÖEN: 1500171121 Büdcə səviyyəsinin kodu: 7 Təsnifat kodu: 142340 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; – iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; – Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; – iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış; - təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır); - təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır); Son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 25 oktyabr 2017-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 2 noyabr 2017- ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri iddiaçıların iştirakı ilə 3 noyabr 2017-ci il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.
Tender komissiyası
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296