TENDER

Tərtər İcra Hakimiyyəti tender elan edir
11 YANVAR
108

Tərtər İcra Hakimiyyəti tender elan edir

2017-01-11 15:01:00
Tərtər Rayon İHB-nin Tərtər Şəhəri üzrə Nümayəndəliyi 2017-ci  ildə Tərtər  şəhərində abadlıq, əsaslı  təmir işlərinin və kommunal yaşayış binalarında əsaslı təmir işlərinin aparılması məqsədilə AÇIQ   TENDER  ELAN   EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot -1. Tərtər şəhərində abadlıq və əsaslı təmir işlərinin satınalınması.

Lot- 2.Tərtər şəhərində kommunal yaşayış binalarında əsaslı təmir işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa  uyğun olaraq göstərilən lotlar üzrə təklifləri möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, görülmüş işlərin günün tələblərinə cavab verməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tərtər rayonu, H.Əliyev prospekti, 46 nömrəli  ünvanda yerləşən Tərtər Şəhəri üzrə Nümayəndəlikdən ala bilərlər.

Əlaqələndirici şəxs: Təranə Qayıbova

Telefon: 022-236-18-35

Ünvan: Tərtər Şəhəri üzrə Nümayəndəlik

Tərtər rayon Yerli Xəzinədarlıq Orqanı

Hesab:AZ63 AİİB  32051019444500201145  

VÖEN: 7200062591

Bank: “Kapital bank”ın Tərtər filialı

Kod: 9900003611

Müxbir hesab: AZ37 NABZ 01350100000000001944

S.W.İ.F.T.  BİK:  AİİBAZ  2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi zərflərin açıldığı  tarixdən 30 bank günü qüvvədə olmalıdır;

- tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış:

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və zəmanəti istisna olmaqla) 15 fevral 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş və imzalanmış ikiqat zərflərdə 23  fevral 2017-ci il  saat 17.00-dək Tərtər Şəhəri üzrə Nümayəndəliyə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 24 fevral 2017-ci il  saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8490
  • ₽ RUB
    0.0303