TENDER

Qəpikləri məhv edən tapılmır
14 NOYABR
510

Qəpikləri məhv edən tapılmır

2016-11-14 10:44:00

Azərbaycan Mərkəzi Bankı (AMB) “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tenderin müddətini 19 yanvar 2017-ci ilə qədər uzadıb. Bu barədə  AMB-dən məlumat verilib.

“Dövriyyədən çıxan yararsız metal pul nişanları ilə bağlı tenderin müddəti yenidən uzadılıb. Tender komissiyası təkliflərin qəbulunu 19 yanvar 2017-ci ilə qədər uzatmağı qərara alıb. Tender proseduru yanvarın 23-də keçiriləcək”, - deyə bankdan qeyd ediblər.

Tenderdə iştirakın dəyəri 300 manatadək azaldılıb.

AMB-nin planlarına əsasən, sistem podratçı ilə müqavilə imzalanandan sonra 6 ay ərzində tətbiq olunmalıdır.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı iki meyar əsas götürüləcək: qiymət və texniki imkanlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272