TENDER

​İTV tender elan edir
12 AVQUST
132

​İTV tender elan edir

2016-08-12 18:15:00

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) televiziya avadanlığının satın alınması üçün açıq tender elan edib. Fins.az xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri sentyabrın 1-i saat 17:00-a qədər təqdim etməlidirlər.

Tenderdə iştirak haqqı 100 manatdır və iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını ödədikdən sonra əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,241 (əlaqələndirici şəxs: Hüseynzadə Zaur, telefon : 012 404 11 62) ünvandan ala bilərlər.

Həmçinin, iddiaçılar tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı da təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri möhürlənmiş ikiqat zərfdə sentyabrın 8-i saat 11:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 nömrəli ünvana təqdim etməlidirlər.

İddiaçıların təklifləri sentyabrın 9-u saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 nömrəli ünvanda açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272